Gündəm

Azərbaycanda pambıq əkinləri azalacaq

Pamıq zavodları fermerlərdən hər ton məhsulun alış qiymətini təxminən 7% (50 manat) artırıb. Yeni qiymət hər ton xam pambıq üçün 750 manat müəyyən edilib.
Analoq.az xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, başqa xərclərdəki artımlar (məsələn, işçi qüvvəsi, texnika ilə becərmə və sair) nəzərə alınmasa belə, gübrələrin qiymətindəki son 1 ildə baş verən az qala 50%-lik artım müqabilində hər halda 7 faiz çox yüksək artım deyil: “Son 2 ildə dünya bazarında da pambığın qiymətləri davamlı olaraq artıb. Hazırda hər ton pambığın (mahlıcın) ixrac qimyəti 2600 USD-dən yüksəkdir. Bu qiymət 2020-ci ilin mart ayına nisbətən 35faiz yüksəkdir. Hökumət də əlavə olaraq hər ton pambığa 170 manat subsidiya ödəyəcək – nəticə etibarı ilə subsidiya nəzərə alınmaqla hər ton pambığın fermer üçün satış qiyməti 920 manata təşkil edəcək. Fermerlərə təklif olunan 7 faizlik qiymət artımı müqabilində becərmə xərclərinin çox yüksək artım tempi pambıq əkinlərinin aşağı olan mənfəətliliyini daha da azaldacaq”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button