İqtisadiyyat

Zəngilan rayonundakı Vejnəli qızıl yatağında hasilata yaxın zamanlarda başlanılacaq

Vejnəli qızıl və filiz ehtiyatlarının öyrənilməsi başa çatmaq üzrədir

Zəngilan rayonunun Vejnəli qızıl və filiz ehtiyatlarının öyrənilməsi başa çatmaq üzrədir.
Analoq.az xəbər verir ki, bununla bağlı millət vəkili Vüqar Bayramov öz rəsmi Facebook səhifəsində yazıb. Deputat bildirib ki, Vejnəli qızıl yatağında hasilata yaxın zamanlarda başlanılacaq: “Qeyd edək ki, Zəngilan rayonu ərazisində yerləşən və tərkibində qızıl olan bu yataq kvars-qızıl-sulfid tərkibli geoloji-sənaye tipli quyulara aiddir. Yataqda 25 qızıl tərkibli kvars quyusu zonası tədqiq edilib, 14, 15, 16, 19, 21 və 24 zonaları üçün C + C2 kateqoriyaları üzrə ehtiyatlar hesablanıb. Veynəli yatağı 1959-1962-ci illərdə kəşf edilib, geoloji kəşfiyyat işləri 1962-1971, 1976-1981 və 1983-1984-cü illərdə həyata keçirilib.
Yataq 1984-cü ildə Resurslar üzrə Komissiya tərəfindən qeydiyyata alınıb və Azərbaycan Respublikasının Dövlət mineral resurslar balansına daxil edilib. Təsdiq edilmiş ehtiyatlar: C1 kateqoriyasına aid filizlər – 183 000 ton, qızıl 2 169 ton, C2 kateqoriyasına aid filiz – 433 min ton, qızıl 4 347 ton. C1 kateqoriyasına aid gümüş – 0,19 ton; C2 kateqoriyasına aid gümüş – 9,9 ton. C1 kateqoriyasına aid mis – 9,2 min ton, C2 kateqoriyasına aid mis – 2800 ton.
Xatırladaq ki, Ermənistan biznesmenləri və onların bir sıra xarici tərəfdaşları faktiki olaraq 1992-2020-ci illərdə Azərbaycanın işğal edilmiş ərazilərindəki filiz yataqlarını qanunsuz olaraq talan ediblər”.
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button