Ölkə

Tanınmış alim oğlunun növbəti uğurunu paylaşdı – Siyahıda onun da adı var

Tanınmış tədqiqatçı alim , professor Ramiz Əsgər sosial şəbəkədə oğlu Atilla Əskərovla bağlı paylaşım edib. Professorun paylaşımını olduğu kimi təqdim edirik :

Dostlar! Bir saat əvvəl poçtuma belə bir məlumat daxil oldu. NASA Roman Space Teleskopun hazırlanmasında əməyi keçən şəxslərin adlarını Space craftın üstündə yazaraq kosmosa göndərəcək. Həmin şəxslərin arasında Atilla Əskərovun da adı var. Atilla teleskopun elektronikasını, integrasyon və testlərini işləyib hazırlamış mühəndislərdən biridir. İndiyədək heç bir Azərbaycanlının adı dünyadan bu qədər uzağa getməyib. Bu gənc mənim oğlumdur. Bakıdakı 6 saylı litseyin, İstanbul Texniki Universitetinin və Virjiniya Texniki Universitetinin məzunu, NASA-nın azərbaycanlı yeganə əməkdaşıdır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button