Redaktor seçimiSiyasət

Xankəndiyə ərzağın Bakıdan göndərilməsi yenidən gündəmdə

Rəsmi Bakı Qarabağdakı erməni əhalisinin ərzaq təminatını həyata keçirə biləcəyini təklifini yenidən irəli sürüb: xarici işlər naziri Ceyhun BQXK Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiçlə görüşdə Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcu olduğunu xatırladıb.

Rəsmi Bakı BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin davam etməsinə yenidən şərait yaradacaq, lakin yük maşınları ilə bağlı qərar qüvvədədir. Erməni sakinlərin tədarük ehtiyaclarını Azərbaycan öz üzərinə götürmək niyyətindədir və bu məsələdə israrlı olduğu görünür.

Bu, Bakı tərəfindən artıq ikinci dəfə təklif olunur, lakin BQXK heç bir cavab verməyib. Bunun reallaşması erməni əhalisinin reinteqrasiyası istiqamətində həlledici addım olacaq, buna görə separatçılar razılaşmır, Ermənistan və Rusiya da qarşı çıxır. Hərçənd, zaman Xankəndiyə ərzağın Bakıdan göndərilməsi zərurətini yaradacaq:

– ermənilərin “humanitar fəlakət” taktikası işləmir, çünki Azərbaycanın öz ərazisindəki əhalinin təminatını üzərinə götürmək istəyi bu iddiaları çürüdən amildir;
– separatçılar sona qədər erməni əhalisi üzərində nəzarəti saxlaya bilməyəcək;
– zəruri ehtiyacların ödənməsi təlabatı Bakının təklifinin qəbul edilməsi şərtlərini yetişdirir;

Görünən budur ki, rəsmi Bakı səbrlə proseslərin inkişafını izləyir.

Asif Nərimanlı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button