DünyaSiyasət

Qazaxıstanın Xarici İşlər Naziri Ermənistana səfərə gedəcək

Qazaxıstan Respublikasının xarici işlər naziri Murat Nurtleu martın 18-də Ermənistanda işgüzar səfərdə olacaq.

Analoq.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Martın 18-də Ermənistan XİN-də Ermənistan və Qazaxıstan xarici işlər nazirlərinin görüşü keçiriləcək, bundan sonra nazirlər mətbuata bəyanatlarla çıxış edəcəklər.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button