Cəmiyyət

Karantin qaydalarının sərtləşdirilməsi Aynişana çox təsir etməyib

Məlum olduğu kimi, koronavirus pandemiyası səbəbilə Azərbaycanda toylar daxil olmaqla, bütün kütləvi tədbirlərin keçirilməsi qadağandır.

Buna görə də gəlir yerləri konsertlər, toylar, tədbirlərdən olan musiqiçilər, bloggerlər işsiz qaldıqlarını, gəlir yerlərinin olmadığını deyirlər.

Bəs sözügedən qadağalar bloggerlərə necə təsir edib, onlar gəlir əldə edə bilirlərmi?

Məsələ ilə bağlı fikirlərini Yenisabah.az-la bölüşən blogger Aynişan Quliyeva karantin qaydalarının sərtləşdirilməsinin ona çox təsir etmədiyini qeyd edib:

“Pandemiya, karantin bloggerlərə çox təsir etmədi. Çünki bizlər kontentlərimizi çox vaxt evdə hazırlayıb, paylaşırdıq.

Karantində də bu cür davam etdik, bir dəyişiklik olmadı, bloggerlər öz işlərinə qaldıqları yerdən davam etdilər. Çölə çıxmaq lazım olanda SMS icazə ilə çıxdılar. Mənim isə VÖEN-im var deyə lazım olanda icazə ala bilirəm, çıxıb işlərimi həll edib geri dönürəm”.

Qeyd edək ki, bir müddət əvvəl Aynişan bloggerlərə çölə çıxmaq üçün rəsmi icazə verilməməsindən gileylənmişdi.yenisabah.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button