Banner

Tağıyevin abidəsinə kimlər qənim kəsildi ? – FOTOLAR

18 yanvar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İçərişəhər” stansiyasının qarşısındakı meydanda
xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ucaldılan abidəsinin açılışında iştirak etdi. Xalq rəssamı Xanlar Əhmədovun layihəsi əsasında ucaldılan abidənin bir neçə saat sonra sosial şəbəkələrdə yayılan görüntüsü sözün bütün mənalarında qanımızı qaraltdı.

Ölkə başçısının sərəncamı ilə ucaldılan bu abidə, tarixə, tarixi şəxsiyyətlərə verdiyi dəyərin göstəricisidir. Dəyərlərə sevgi və mühafizəkarlıqla yanaşmaq da hər birimizin borcudur.

Abidəyə qarşı bu cür yanaşmağın yalnız bir adı var. Buna da vandalizim demək olar.

Analoq.az həmin ürəkgöynədən fotoları təqdim edir

Ülkər Tahirqızı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button