İqtisadiyyat

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda nərə balığından hazırlanan qara kürünün həcmi açıqlanıb.Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən bildirilib.

2024-cü ilin ilk 3 ayında Azərbaycanda 103.1 kq nərə balığı kürüsü istehsal edilib. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 26.4% və ya 36.9 kq azalıb. Belə ki, 2023-cü ilin yanvar-mart ayları ərzində ölkədə 140 kq qara kürü istehsal edilmişdi.

Qeyd edək ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan 90 kq nərə balığının kürüsü ixrac edilib. Kürünün orta ixrac qiyməti 1142 ABŞ dolları ( 1941 AZN) təşkil edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button