Cəmiyyət

Partiya sədri yas məclisində iştirak etdi -FOTOLAR

Milli Cəbhə Partiyasının sədri , deputat Razi Nurullayev bir neçə gün öncə Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisədə həyatını itirən Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Nuriyeva Minayə Rasim qızının hüzn məclisində iştirak edib.

Partiya sədri özünün Facebook səhifəsində bu barədə məlumat verib.

Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Nuriyeva Minayə Rasim qızı iyunun 8-də saat 17 radələrində Xırdalan şəhərində yerləşən parkda uşağı ilə bərabər delfin şəkilli karuseldən yıxılıb və vəfat edib. Övladı salamat qalıb.

Onlar əslən İmişli rayonu, Qızılkənd kəndindəndirlər. Yeddi mərasiminə gəldim, Qızılkınddə atası Rasim kişiyə başsağlığı verdim. Ağır faciədir. Üç uşağı qalıb. Böyük bir ağrıdır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button