BannerCəmiyyət

Millət vəkili aprel döyüşlərində iştirak edən polkovnik-leytenanta belə dəstək oldu – VİDEO

Milli Cəbhə Partiyasının sədri , millət vəkili Razi Nurullayev aprel döyüşlərində iştirak Bu edən polkovnik – leytenant Bayramov Vüsalla görüşüb. Bir neçə müddətdir əlillik dərəcəsi ala bilməyən polkovnik -leytenantın bu günlərdə əlillik dərəcəsi alıb.

Qeyd edək ki, bu barədə millət vəkili Razi Nurullayev Facebook profilində paylaşım edib. Analoq.az həmin paylaşımı təqdim edir :

Bu şəxs polkovnik-leytenant Bayramov Vüsal Kamal oğludur. Aprel döyüşləri iştirakçısıdır. Vəzifədə olduğu zaman avto qəzaya düşüb və 13 ay komada qalıb.

Onun doğum günündə iştirak etmişdim. Amma, bilmirdim ki, əlillik dərəcəsi təyin edilməyib. Sadəcə, bəzən sıxlıq və böyük növbə olduğundan çoxları müraciət edə bilmir. Vüsalı bir xəstəxanada gördüm və öyrəndim ki, problemi var. Bu videonu çəkdim və TSEK sədrinə göndərdim. Elə sabahısı günü qəbul etdilər, sağ olsunlar. Dünən isə mənə Agentliyin sədri məlumat göndərdi ki, Vüsal Bayramov Agentlikdə əyani müayinə edilmişdir. Müayinə nəticəsində vətəndaşa Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz l dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.

Çox sevindim. Vüsalın əziyyət çəkmədən, növbə gözləmədən bunu həll etmək haqqı idi. Bu işdə vəsilə olduğuma görə də xöşbəxtəm. Vüsal da çox razıdır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button