Cəmiyyət

“İrsimizin Tədqiqi və Təbliği” İctimai Birliyi Fikrət Əmirovun məzarını ziyarət etdi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “İrsimizin Tədqiqi və Təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Dahi bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunan tədbirlərin təşkili” layihəsi çərçivəsində 22 fevral tarixində Fəxri Xiyabanda Fikrət Əmirovun vəfatının ildönümü ilə əlaqədar olaraq anım mərasimi keçirildi. Anım mərasimində bir sıra elm və incəsənət xadimləri, QHT-lərin və KİV-lərin nümayəndələri iştirak ediblər.

“İrsimizin Tədqiqi və Təbliği” İctimai Birliyinin sədri, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının çıxış nitqi ilə tədbir açıq elan olunub.

Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov Fikrət Əmirovun həyat və yaradıcıllığı barədə öz təəssüratlarını bölüşərək bəstəkarın əsərlərinin mədəni irsimizdə qorunmasının vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən digər incəsənət xadimi, əməkdar artist Təhmiraz Şirinov öz çıxışında bildirmişdi ki, Fikrət Əmirov zəngin yaradıcıllığı ilə musiqimizin inkişafında yeni mərhələ açmış, musiqimizi dünya miqyasında tanıtmış, əsərləri ilə dünya musiqi mədəniyyəti xəzinəsinə daxil olmasında müstəsna rolu olmuşdur.

Daha sonra, əməkdar artist Elza Seyidcahan çıxış edərək, Fikrət Əmirovun həyat və yaradıcıllığı barədə maraqlı faktları tədbir iştirakçıları ilə bölüşüb. Tədbir sonunda Fikrət Əmirovun abidəsinin qarşısında xatirə şəkli çəkilmişdir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button