Cəmiyyət

Saglam ailənin təbliiği ilə bağlı layihəyə başlanılır

Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ailə dəyərləri və valideyn məsuliyyətinin vəhdəti saglam ailənin təməlidir” adlı dəyirmi masaların təşkili layihəsini həyata keçirir.

Təşkilatın rəhbəri Novella Cəfərovanın Analoq.az- a verdiyi məlumata görə, layihənin məqsədi sağlam cəmiyyət qurmaq üçün valideyn məsuliyyətinin artırılması yolu ilə ailə dəyərlərinin qorunmasına nail olmaqdır.

Biləsuvar, Masallı və Astara rayonlarında həyata keçiriləcək layihənin icra müddəti 3 aydır.

Layihə çərçivəsində 3 rayonun hər birində bir dəfə bir günlük tədbirlər təşkil olunacaq. Dəyirmi masalar zamanı aşağıdakı mövzular ətrafında iştirakçılara məlumat veriləcək, sonra müzakirələr üçün imkan yaradılacaq.

– Ölkəmizin inkişafında, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərimizin bərqərar edilməsində ailənin rolu
– Ailə kiçik dövlətdir. Dövlət və ailə münasibətləri.

– Ailədaxili münasibətlər -valideynlərin bir-biri ilə davranışı;övlad-valideyn davranışı;
valideyn-övlad davranışı;

– Ailə dəyərlərinə ziyan vuran amillər (boşanmalar; erkən nikahlar; qeyri-rəsmi nikahlar,

sosial şəbəkələr, maddi-iqtisadi vəziyyət və qeyri-etik xarici seriallar və s.)

– Qloballaşma dövründə milli ailə dəyərləri- Ailənin müqəddəsliyini necə qorumalı?
– Ailə sosiologiyasının meydana gəlməsi və inkişaf mərhələləri

– Ailə və ailənin funksiyaları
Tədbirlərdə hədəf qrupu (zorakılıq qurbanları və onların yaxınları), yerli icra hakimiyyəti, bələdiyyə və icma nümayəndələri, fəal qadınlar, rayonlarda fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələri və KİV nümayəndələrinin iştirakı təmin ediləcək.

Birlik rəhbəri həmçinin qeyd edib ki, layihə çərçivəsində 75 nəfər iştirakçı ailə dəyərlərinin qorunmasında ailənin rolu, ailədaxili münasibətlər, ailə dəyərlərinə ziyan vuran amillər və onların qarşısının alınması haqda məlumatlanacaq və müzakirə aparacaqlar, beləliklə də “sağlam ailə sağlam cəmiyyət deməkdir” qənaətinə gələcəklər.

Təşkilatın bu layihədən gözləntisi odur ki, gənclər ailə təcrübəsi olan insanların nəsihət və tövsiyyələrindən bəhrələnəcəklər. Tədbir iştirakçıları ailədə əxlaqi, milli mənəvi dəyərlərin qorunması, gələcək nəsillərə ötürülməsinin nə qədər zəruri olduğu qənaətinə gələcəklər ki, bu da ailə institutunun aşılanmasının qarşısının alınmasına kömək etmiş olacaqdır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button