BannerElm və təhsilManşet

Sumqayıtda məktəb direktorunun müəllimlərdən pul tələb etməsi ilə bağlı SƏS YAZISI + VİDEO

Sumqayıt şəhərində yerləşən 32 saylı orta məktəbin direktoru İbrahimova Esmiranın müəllimlərin “Vatsap” qrupuna atdığı səs yazısı sosial şəbəkələrə səs salıb. Səs yazısından məlum olur ki, direktor məktəbin təmir edilməsi adıyla müəllimlərin hər birindən 50 manat yığıldığını bildirib. Qeyd edək ki, səs yazısı sentyabr ayının 14 -dən yayılıb.

Yayılan səs yazısıyla bağlı məktəb direktoruyla əlaqə yaratmaq istəsək də buna nail ola bilmədik. Məktəbə aid olan telefon nömrələri nədənsə zənglərimizi cavabsız qoydu.

Görünür, yeni dərs ilinin açılmasını “səbirsizliklə” gözləyən direktor bir az tələsib. Ona görə tələsib ki , sentyabrın 12 -dən üzü bu yana xalqımız torpaqlarımız uğurunda canından keçən igidlərimizin yasını saxlayır.

Məktəblərdə birincilərin ilk dərs gününə həsr olunan tədbirlərin təntənəli keçirilməməsinə Elm və Təhsil Nazirliyi tərəfindən göstəriş verilib. Direktorun matəm günündə məktəb təmiri adı altında pul yığmasıyla bağlı qərarı da Elm və Təhsil Nazirliyi verər.

Saytımız vasitəsilə məktəb direktoruna bir sual ünvanlamaq istəyirik. Bildiyimiz kimi 15 sentyabrdan etibarən respublikada yeni dərs ili başlayıb. Bəs təmir işləri şagirdlərin , müəllimlərin dərs prosesinə mane olmayacaqmı. Yay tətilində direktor bunu niyə düşünmürdü?

Hər halda bu sualların cavabını Esmira xanım yəqin bizdən yaxşı bilir. Bu suallara cavab vermək istəsə saytımızda dərc etməyə hazırıq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 3.5]

Back to top button