Cəmiyyət

Araz aşığından, kür topuğundan olan marketlər…

“Araz” Supermarketlər şəbəkəsinin Sabail rayonu, “20-ci sahə” adlanan ərazisində yerləşən filialında maraqlı bir mənzərə ilə rastlaşdıq. Belə ki, adı çəkilən supermarketin uşaqlar bölməsindəki oyuncaqlar arasında kart və nərd oyunları üçün nəzərdə tutulmuş zərlər satılır.

Məlum olduğu kimi, kart və digər qumar xarakteri daşıyan oyun məmulatlarının nəinki uşaqlar üçün nəzərdə tutulan şöbədə satılması, heç oynanılması da Qanunda nəzərdə tutulmayıb.

Belə olan təqdirdə əcabə, bu tip oyuncaqlar bu marketdə hansı məqsədlə və niyə satılır?! Sualımızın cavabını yəqin ki, mağaza rəhbərliyi bizdən də yaxşı bilir. Bizə isə sadəcə həmin mənzərənin əbədiləşdirilmiş fotosunu təqdim etmək qalır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button