AktualBannerCəmiyyət

Minarə Əskərovanın dəstəyə ehtiyacı var

20 ildən çoxdur ki, televiziya sahəsində, prodüsser vəzifəsində çalışan Minarə Əskərova ağır xəstəlikdən əziyyət çəkir.“Qafqazinfo”ya açıqlama verən xanım prodüsser bildirib ki, şiş artıq bədənininin digər nahiyələrinə də keçib:

“Hər iki döş qəfəsimdə şişlər var. Sonuncu dəfə aprel ayının 29-da yoxlanışdan keçmişəm. Həkim bildirdi ki, təcili əməliyyat olunmalıdır, döş qəfəsi kəsilib, implant qoyulmalıdır. Böyük şok keçirtdim. Zatən mənim beynimdə dondurulmuş şiş var, iki əməliyyatdan sonra yerişimi də qismən itirmişəm. Çox böyük çətinliklər yaşayıram. Düzdür, maddi baxımdan mənə dəstək olanlar var. Ancaq bu cür xəstəliyin müalicə məsrəflərini təkbaşına özüm ödəyə bilməzdim. Bədənimin 80 faizi demək olar ki, aktiv deyil. Ona görə də əməliyyata girməyə qorxuram. Ehtiyacım olan budur ki, mənə köməklik etsinlər Türkiyəyə gedim, oradakı həkimlərdən, yoxlanışlardan keçim, analiz verim. Bunun üçün də maddi yardıma ehtiyacım var”.

Qeyd edək ki, 18 yaşından televiziyada fəaliyyət göstərən Minarə Əskərova “Soy” prodakşın, Lider və Space TV-də çalışıb. Onun son iş yeri İctimai televiziya olub. 17 ildir İctimai televiziyada çalışan Minarə xanım “Gənclər Elm və Təhsil Departamentində prodüsser, bir neçə verilişin rejissor və layihə rəhbəri olub. İki övladı var.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button