Kriminal

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb

Borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 57 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Analoq.az xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunmuşdur.
Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 40 qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılmışdır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button