BannerCəmiyyət

Əbülfəz Qarayevlə Anar Kərimovun oxşar cəhətləri

“Səadət” sarayının əsas giriş qapısının sağında və solunda təxminən bir metr hündürlükdə üz-üzə baxan iki timsah barelyefi var. İtaliyan heykəltəraşı bunu elə yaratmışdı ki, sanki timsahlar indi sudan çıxır. Müəllif timsahın nəmli dərisinin fakturasını elə işləmişdi ki, sanki canlıdır. Tələbə vaxtı həmişə gedib timsahlara baxardıq. Sarayın təmir zamanı heç bir sənətşünasdan, heykəltəraşdan, rəssamlardan və memarlardan məsləhət almadan timsahları adi daşı təmizləyən fəhlənin laqondasının qurbanına çevirdilər.

Bir neçə min yaşı olan Kolizey, yaxud V Əsrdə Afina Akropolunda inşa edilmiş Parfenon abidələri necə varsa qalıb. Bunları necə qoruyublar? Bizdə isə təcrübəni öyrənmək əvəzinə laqondanı işə salırlar.

Tanınmış memar Elçin Əliyev: “Bir neçə il əvvəl, Bakının Mərdanov Qardaşları küçəsindəki binanın gözəlliyindən yazmışdım. Təəssüf ki, bu gün o gözəllik yoxdur: ötən gün fasadın detalları tamamilə ləğv edib suvaq ilə örtüblər, tarixi binanın bir hissəsini rəngləyiblər.

Üstəlik, bina memarlıq abidəsidir və dövlət tərəfindən qorunur, bunu Qanunun 135-ci səhifəsindəki 3265 nömrəli yazı sübut edir!”
E.Əliyev qeyd edib ki, memarlıq abidələrinin mühafizəsi sahəsində tam qarışıqlıq vüsət almaqda davam edir: “Bu, səriştəsiz, təsadüfi, mövzudan uzaq insanların Mədəniyyət Nazirliyində vəzifələrə təyin edilməsinin nəticəsidir. Yazıq, təhqir olunmuş Bakı! Min illik tarixi olan, taleyi “memarlıq” fırıldaqçılarının əlində olan qədim şəhər!”

Etibar Əliyev
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button