Elm və təhsil

“Nidanın gücü, gücün nidası!”- Müsabiqənin qalibləri məlum oldu…

“Uşaqların Gələcəyi Naminə” təşkilatının elan etdiyi “Nidanın gücü, gücün nidası!” adlı yazı müsabiqəsinə yekun vurulub. Bu barədə təşkilatın sədri, hüquqşünas Könül Quliyeva məlumat verib. Bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Valday şəhərində qürur hissi ilə dediyi “Qarabağ Azərbaycandır!” şüarı müharibə dövründə Azərbaycan Ordusunun ilhamverici qüvvəsinə çevrilib:

“Biz möhtəşəm zəfərə həsr edilən yazı müsabiqəsi keçirmək qərarına gəldik və nəticələri cənab Prezidentin ad günündə açıqladıq. “Nidanın gücü, gücün nidası!” V-IX sinifdə təhsil alan orta məktəb şagirdləri arasında keçirilib.

Müsabiqəyə yazılar 01 dekabr 2020-ci il tarixdən 15 dekabr 2020-ci il tarixədək təqdim edilib. Şadirdlərin esseləri müxtəlif peşə sahiblərindən ibarət 5 ekspert tərəfindən dəyərləndirilib. Bütün yazılar ekspertlərə anonim olaraq təqdim edilib, 5 ballıq sistemlə qiymətləndirilib”.

Qeyd edək ki, ekspert qrupunun rəhbəri AMEA-nın Folklor İnstitunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoydur. Müsabiqənin yekunlarına əsasən

I yerə 24 balla “Vətən müharibəsində nidalar durğu işarəsindən vətənpərvərliyimizin ifadəsinə çevrildi!” məqaləsi ilə S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının 7c sinif şagirdi Vəkiloğlu Mustafa Səməd oğlu, II yerə 22 balla “Nidanı yaradanlar” məqaləsi ilə, Bakı Avropa Liseyi IX sinif şagirdi Məmmədova Mömünəxatın Tahir qızı, III yerə 21 balla “Mənim vətənimi xilas edən nida” məqaləsi ilə Fizika Riyaziyyat və İnformatika təmayüllü Respublika liseyinin VIII d sinif şagirdi Kazımov Ayxan Xalid oğlu layiq görülüb.

Qaliblərdən başqa müsabiqədə Beyləqan şəhəri Təbiət və Humanitar Fənlər təmaüllü Liseyin 5 b sinif şagirdi Ayxan Əliyevin “Nidanın gücü” məqaləsi həvəsləndirici mukafatla təltif edilib. K. Quliyeva bütün qaliblər və təşkilat adından Ali Baş Komandanımız Prezident İlahm Əliyevi doğum günü münasibəti ilə təbrik edib. “Tanrı

Qorusun! Qarabağ Azərbaycandır!”

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button