Elm və təhsil

Təhsil Nazirliyindən açıqlama: Müəllimlərin vaksinasiyası məcburi olmayacaq

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov müəllimlərin vaksinasiyası ilə bağlı məsələyə aydınlıq gətirib.“Qafqazinfo”nun xəbərinə görə, o bildirib ki, ilkin olaraq yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir:

“Bakı, Abşeron və Sumqayıtda 16 min 698, bölgələrdə isə 32 min 657 müəllimin yaşı 50-dən yuxarıdır”.

Nazirlik rəsmisi onu da vurğulayıb ki, müəllimlərin peyvənd olunmasında heç bir məcburetmə halı olmayacaq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button