Elm və təhsil

“GUYS” Təşkilatı gənclərin inkişafı naminə fəaliyyətini davam etdirir

“GUYS” rəmzi olaraq Gəncliyə Dəstək üçün Ümumi Birlik” İctimai Birliyi ( “GUYS” Təşkilatı) – dostluq, inkişaf, birlik və həmrəyliyin simvoludur. Adını bu dəyərlərdən alan “GUYS” könüllülük fəlsəfəsi, prinsipləri və dəyərləri çərçivəsində dostluq və həmrəyliyin təcəssümüdür.
GUYS 13 Sentyabr 2019-cu ildə təsis edilib. Birliyin məqsədi dövlət gənclər siyasətinin inkişafında yaxından iştirak etmək və dəstək göstərmək, gənclərin dinamik inkişafındakı rolunu daha da inkişaf etdirməkdən ibarətdir. “GUYS” gənclərlə yeni dostlar qazanmağa, unudulmaz anlar yaşamağa, tələbə həyatını rəngarəng və faydalı keçirməyə, həm fərdi, həm də ictimai fəaliyyətlərin də inkişafına imkan yaradır. “GUYS” gənc təşkilat olmasına baxmayaraq bu gün gənclərin ən çox müraciət etdiyi təşkilatlardan biridir.
Ötən ilin statistikasına görə 5000 nəfərdən çox gənc birliyə üzv olmuşdur. Təşkilata üzvlüklə yanaşı müxtəlif zamanlarda könüllü qəbulu da mümkündür.Fəaliyyətə başladığı müddətdən bu günə qədər təşkilatda 300-dən çox könüllü fəaliyyət göstərib. Hazırda müxtəlif bölmələrdə 60-dan çox könüllü fəaliyyət göstərir. Gənclər təşkilata qoşularaq bizimlə birlikdə inkişaf edə və karyeralarında ilk addımlarını ata bilərlər. Təşkilat hər zaman gənclərin təşəbbüslərini dəstəkləməyə hazırdır. Qeyd edək ki, 15-dən çox gəncin fərdi layihəsi təşkilat tərəfindən dəstək göstərilərək keçirilmişdir. Ümumilikdə isə təşkilat təsis ediləndən bu günə qədər 30-dan çox layihə və əlavə 350-dən çox fəaliyyət icra edilmişdir(1.5 aya).
Gənclər təşkilatda üzv və ya könüllü olaraq 6 klub və digər struktur bölmələrimizdə təcrübə qazana bilərlər. Bu klublar öz imkanları və maraq dairələrinə görə rəngarəngdir. “GUYS”-ın əsas məqsəd və vəzifələri:
1. Gənc könüllülər dövlət və ictimai, mədəni-kütləvi tədbirlərdə iştiraklarının təmin olunması, özəlliklə ölkəmizin adının beynəlxalq aləmə çıxarılmasına yönələn tanıtım proqramlarına cəlb edilməsidir;
2. Gənclərə könüllülüyün məqsəd və məramının aşılanması, təbliği üzrə geniş və davamlı şəkildə təbliğat – təşviqat işlərinin aparılması;
3. Gənclərin asudə vaxtlarının səmərəli edəcək, onların müxtəlif tədbir və təlimlərdə iştirakını təmin edəcək, yardıma ehtiyacı olan şəxslərə köməklik göstərilməsində iştirak edəcək;
4. Cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafına töhfə vermək məqsədilə gənclərin elm, təhsil, səhiyyə, idman, turizm, ekologiya,  iqtisadiyyat, mədəniyyət, incəsənət və digər sahələrdə seminarların təşkili, layihələrin hazırlanması və s.
“GUYS” bütün layihə və fikirləri əməkdaşlıq və dialoq şəraitində həllinə nail olunması, müxtəlif sahələrdə layihələrin icrası, dövlət tərəfindən dəstəklənən gənclərin inkişafı sahəsində həyata keçirilən tədbirlərə dəstək verilməsi istiqamətində fəaliyyət göstərir
“GUYS”-ın önəm verdiyi nüanslar:
• milli mənəvi dəyərlərə və dövlətçiliyə həmişə sadiqlik nümayiş etdirmək;
• şəffaflıq, ədalətlilik, məsuliyyətlilik və qarşılıqlı hörmət prinsiplərinə daima əməl etmək;
• hədəflərə doğru vahid komanda şəklində işləmək, bilik və təcrübəni bölüşmək mədəniyyətini təmin etmək;
• peşəkarlıq, təşkilatçılıq, yenilikləri, davamlı təkmilləşməni və yaradıcı düşüncəni stimullaşdırmaq.
“GUYS”-ın əsas missiyası Azərbaycanda könüllülük hərəkatının inkişafı üçün münbit şəraitin yaradılmasına dəstək vermək, milli-mənəvi dəyərlərimizə və ənənələrimizə yaxın olan könüllülüyün Azərbaycanda gündəlik həyat normasına çevrilməsinə nail olmaqdır.
“GUYS”-ın təşkil etdiyi layihələr arasında “Qanun müstəvisi”, “Gələcəyin dizaynerləri”, “Qələmin izi”, “Sənin ixtisasın, sənin seçimin!”,  “Virtual Eco school”, “Əllərimiz səsimizdir”, “GUYS-la dünya turu”, “Gender bərabərsizliyi” , ”Mən Azərbaycanam” və bunun kimi çoxlu sayda hər sahəni əhatə edən, maraqlı və faydalı layihələr yer alıb.
“GUYS” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına cavab olaraq koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün addımlara dəsdək  vermək məqsədilə onlayn tədbirlər, seminarlar və vebinarlar təşkil edərək gənclərin inkişafına, onların aktivliyinin səmərəli istiqamətlənməsinə öz töhvələrini vermiş və bu müddət ərzində öz effektliyini sübut etmişdir.
Sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycan ordusunun qələbəsi ilə başa çatdı. Bu müddət ərzində “GUYS” da fəaliyyətini davam etdirib, ordumuza və Cənab Prezident İlham Əliyevə inamını fəaliyyətləri ilə nümayiş etdirmişdir. Təşkil olunan “Şəhidliyin Polad zirvəsi”, “Hər şey Qarabağ üçün”, “İnformasiya müharibəsi” və digər layihələr “GUYS”-ın Vətən müharibəsi dövründə həyata keçirdiyi layihələrdəndir. Müharibənin başladığı ilk günlərdən bəri “GUYS” informasiya müharibəsinin ən fəal üzvlərindən olmuş, sosial şəbəkələrdə düzgün və obyektiv məlumatlar verməklə “fake” xəbərlərə qarşı mübarizə aparıb, sadəcə rəsmi xəbərləri sosial şəbəkələrdən paylaşmaqla vəzifə öhdəliklərini layiqincə yerinə yetirmişdir. Qələbədən sonrakı müddət isə qazilərimiz və əsgərlərimizlə onlayn görüşlər keçirərək onların şanlı qələbələrini gənclərə danışmaq, həmin anda yaşanan duyğuları çatdırmaqüçün vasitəçi olmuşdur.
“GUYS” Təşkilatı olaraq bütün istiqamətlərdə gənclərin yanında olaraq dövlət gənclər siyasətinin icrasında pay sahibi olmaqdan qürur duyuruq!
Xəbəri qiymətləndir
[Ümumi: 7 Ortalama: 4.7]

Back to top button