Elm və təhsil

“Poetika.izm” jurnalının növbəti sayı çap olunub

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Poetika.izm” elmi jurnalının 2020-ci ilə aid ikinci sayı nəşr olunub. Jurnal AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 04 dekabr 2013-cü il tarixli 7 saylı qərarı ilə Ədliyyə Nazirliyindən verilmiş 26 noyabr 2013-cü il tarixli, 3821 saylı şəhadətnamə əsasında təsis edilmişdir.

Bu jurnal ədəbiyyatın mahiyyətini, qanunlarını, kateqoriyalarını, məqsəd və funksiyasını, ədəbi dəyər məsələsini, ədəbi əsərin ərsəyə gəlmə şərtlərini mövzu olaraq seçən və işləyən ədəbiyyat nəzəriyyəsinə dair müxtəlif səpkili məqalə və araşdırmalara üstünlük verir.

“Poetika.izm” elmi jurnalının baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Jurnalın baş redaktor müavini professor Tahirə Məmməd, məsul katibi filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, məsul redaktoru isə Ülkər Hüseynovadır.

“Elm və təhsil” nəşriyyatında çap olunan jurnalın bu sayı “Tarixi poetika”, “Ədəbi təhlil. Mətn poetikası”, “Janr, struktur, forma”, “İntertekustallıq və multidisplinar əlaqələr”, “Yubileylər” bölmələrindən ibarətdir. Bu nömrə akademik İsa Həbibbəylinin “Kitabi-Dədəd Qorqud”un janrı: “yazılı” epos və ya roman-epopeya” məqaləsi ilə başlayır.

“Poetika.izm”in redaksiya heyətinə Azərbaycan, İtaliya, Latviya, Yaponiya, Polşa, Türkiyə, Bosniyanın alimləri daxildir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button