Cəmiyyət

Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürüblər. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 5 qumbara, 30 ədəd müxtəlif markalı tüfəng, 5 patron darağı və 729 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. Keçirilən digər əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 5 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button