İdman

Gənclər və idman naziri Fərid Qayıbov Bakı Su İdmanı Sarayında

azirə komandaların hazırlıq prosesi, federasiyanın fəaliyyəti, görülən işlər, çətinliklər, qarşıda duran vəzifələr barədə məlumat verilib

Sentyabrın 14-də Gənclər və idman naziri Fərid Qayıbov Bakı Su İdmanı Sarayında olmuş, milli yığma komandanın üzvləri, federasiya rəsmiləri ilə görüşərək onları dinləmişdir.
Görüşdə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, Su İdmanı Sarayının direktoru Elçin Həsənov və digər şəxslər də iştirak etmişlər. Görüş zamanı nazirə komandaların hazırlıq prosesi, federasiyanın fəaliyyəti, görülən işlər, çətinliklər, qarşıda duran vəzifələr barədə məlumat verilmiş, fikir mübadiləsi aparılmışdır.
Daha sonra nazir Fərid Qayıbov Su İdman Sarayının fəaliyyəti və imkanları ilə yaxından tanış olmuşdur.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button