Cəmiyyət

Türkiyə bayrağını kəsəni polis saxladı

Bu gün sosial şəbəkələrdə Türkiyə Respublikasının bayrağının ipinin kəsilərək yerə atılması ilə bağlı yayılmış video ictimaiyyətdə hiddətlə qarşılandı. Həmin videoyla bağlı polis dərhal araşdırmalar aparıb və bu hərəkəti edənin kimliyi müəyyənləşib.

1985-ci il təvəllüdlü Fuad İsmayılov polis tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb. O, ilkin izahatında əməlini etiraf edib.

Bu barədə DİN-in KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi , polis mayoru Elşad Hacıyev məlumat verib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button