İdman

“İnter” Eriksenlə yolları ayırdı

“İnter” futbolçusu Kristian Eriksenlə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Danimarkalı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Eriksen 2020-21-ci illərdə Milan təmsilçisində oynayıb. 

Qeyd edək ki, Eriksenin iyunun 12-də Danimarkanın Finlandiyaya 0:1 hesabı ilə uduzduğu Avropa çempionatının qrup mərhələsinin 1-ci tur oyunu zamanı ürəyi tutub. Bundan sonra təcrübəli yarımmüdafiəçinin ürəyində kardioverter-defibrillyator quraşdırılıb. O vaxtdan Eriksen rəsmi matçlarda bir daha meydana çıxmayıb. Onun “İnter”lə müqaviləsi 2024-cü ilədək qüvvədədir.

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button