Cəmiyyət

Aqiyə Naxçıvanlının həyat yoldaşı vəzifəsindən azad edildi

Prezident Administrasiyasında kadr dəyişikliyi baş verib.Hüseyn Şərif oğlu Mövsümov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ərazi-təşkilati məsələləri şöbəsi müdirinin müavini vəzifəsindən azad edilib. O, bu vəzifəyə 2017-ci ilin mayın 31-də təyin edilmişdi.Onun yerinə isə Gədəbəy Rayon İcra Hakimiyyyətinin sabiq başçısı İbrahim Mustafayev təyin edilib.Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevdir.

Yeri gəlmişkən, Hüseyn Şərif oğlu Mövsümov Aqiyə Naxçıvanlının həyat yoldaşıdır.(konkret.az)

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button