Cəmiyyət
Məktəblər yenidən bağlanacaq? – Nazirdən AÇIQLAMA
Təhsil naziri məktəblərin yenidən bağlanıb-bağlanmayacağına aydınlıq gətirib.
Analoq.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook”da canlı yayımda deyib ki, qarşıdan Novruz bayramı gəlir, sabah axırıncı dərs günüdür: “Növbəti 9 gün ərzində olan dinamika düşünürəm ki, məktəblərin fəaliyyətini şərtləndirən əsas amil olacaq. Bu mənada vətəndaşların Novruz bayramı müddətindəki davranışından çox şey asılıdır. 9 gün təmaslar azalacaq, məktəblər, iş yerləri tətildə olacaq, daha ehtiyatla davransaq, yəqin ki, saylar aşağı düşə bilər və bu, məktəblərin davamlı fəaliyyətini saxlamağa imkan verər”. Unikal.org
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]