BannerCəmiyyət

Nərimanovun yeni icra başçısı niyə görünmür??

Elgin Həbibullayev prezident İlham Əliyevin sərəncamına əsasən 18 fevral 2022-ci il də Nərimanov rayonu icra hakimiyyətinin başçısı təyin olunsa da hələ də sakinlər onun üzünü görə bilməyib.Deyilənə görə, Elgin Həbibullayev başçı təyin olunduğu gündən bu günə qədər, Nərimanov icra hakimiyyətində iş otağında cəmi 5-6 dəfə olub. İcra başçısını Qalan vaxtları Baki şəhəri İcra hakimiyyətində köhnə iş otağında oturduğu bildirilir.

Sakinlərin İddiasına görə, icra başçısı Elgin Həbibullayev Nərmanov rayonunu müavinlərindən birinə həvalə edib. Hal-hazırda Nərimanov sakinlərini icra başçısının yerinə müavini qəbul edir

Analoq.az olaraq Elgin Həbibullayevin qısa dosyesini təqdim edirik.

Əldə etdiyimiz məlumata görə,Elgin Həbibullayev son təyinatadək Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri vəzifəsində çalışıb. Daha öncə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində və icra hakimiyyəti strukturlarında müxtəlif məsul vəzifələrdə çalışıb.

Qeyd edək ki, Elgin Həbibullayev Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun əsas kadrlarından hesab olunur. Qarşı tərəfin mövqe haqqını tanıyırıq.Xəbəral.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button