BannerCəmiyyət

Emin Əmrullayevə suallar əvəzinə, Emin Əmrullayevə görə suallar verməli oluruq! – AYDIN CAN YAZIR

Sübh tezdən fb-yə baxıram və görürəm ki, “elmi-fəlsəfi yükü” olan proqram xarakterli “bəyanat”larla çıxışlar edirlər mediamızın Dədə və Nənə Qorqudları…

Sanki bu ölkədə Emin Əmrullayevin çıxışına YAPılan iradlara kimsə qoz qoyurmuş kimi, bunlar da əlaman-əlatəşə düşüb “maarifləndirmə işi” kursu üzrə referatlar yazırlar, kollokvium üçün kurikulim hesabatları yayırlar! Ki… Emini dəyərləndirək, onu anlayaq, KışI İSLAXATÇİDÜ!!!

Sadəcə bir suala cavab verin, əfəndilər: özünü lümlüt ortaya qoyan Emin Əmrullayevə Amerika bayrağından tuman, Avropa ölkələrinin bayraqlarından şalvar-köynək biçərkən, başındakı papağının klassik sovet şapkası olduğunu unutmadınız ki?

Heç hardan və heç harasından görükməyən intellektini, qlobal təfəkkürünü gözümüzə soxduğunuzda ÖZÜNÜZƏ bircə dəfə sual verdinizmi ki, Emin Əmrullayevin Təhsil Naziri olduğu ölkədə DİM-də müsabiqədən maksimum balla keçəni heç Eşqi Bağırovun dərkənarı olmadan bir kopayoğlu heç hara götürə bilməz?

Adi-sıravi inspektorun-referentin paytaxt və bölgələr üzrə İŞƏ TƏYİNAT ALMASININ qiyməti 12-25 min dollar arasıdır!
Hətta Milli Məclisin deputatı belə, Emin Əmrullayevə DİM-də qalib olmuş müəllimin seçdiyi və qalib olduğu ərazi üzrə təyinatı verilməsə də, HEÇ OLMASA uyğun işə götürülməsi üçün xahişdə bulunur, Emin Əmrullayev “baş üstə” deyəndən sonra belə, Eşqi Bağırov tamam ayrı variant təklif edir və bu təklif… DİM müsabiqəsi olmadan edilir!

MM-in deputatına qıpqırmızı yalan deyən Emin Əmrullayevin efirdən – mətbuat konfransından MÜCƏRRƏD xalqa dediklərini niyə “bəşəri inkişaf modeli” kimi təqdim edirsiniz ki???

A bala, gedin nazirlə dostluğunuzu edin, uşaqlarınızın Emin Əmrullayevin oxuduğu məktəblərə göndərilməsi, xaricdə oxuyub gələn uşaqlarınızı işə düzəltmək üçün ona ayrı yerlərdə ayrı adlarla yaltaqlanın, millətə Emin Əmrullayevdən maarifpərvər islahatçı obrazını soxuşdurmayın!

Emin Əmrullayevin nazirlikdə qəyyumluq etdiyi inspektorlar Rusiyada 90-cı illərdə banditlik edənlərdən milyon dəfə bərbad və “bespredel” fəaliyyət göstərirlər!
Emin Əmrullayevə dəstək kampaniyası aparan Dədə və Nənə Qorqudlara cəmi bircə yazı verirəm, paylaşsınlar səhifələrində, hələ saytlarında demirəm, görün, mən və dediyim cəhənnəmə, o yazını paylaşanların özlərinin sözünün dəyərinə həmin Emin Əmrullayev qoz qoyur?

p.s. Mən konkret işdən danışıram – Avropa Məhkəməsinə yol alan faktdan!

Düşüklər… girməyə sahə və yer axtarın! Bərbad hala salınmış təhsilin hətta belə halından da çıxış yolunu tapmaq olar, amma sizin bu cür “qlobal” düşüncənizlə… Bermud üçbucağı olacaq son dayanacaq!/rubrika.az

AYDIN CAN

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button