AktualBannerCəmiyyət

“Bu ailə elə bir vəziyyətdədir ki … ” – DEPUTAT ÇOX AĞIR VƏZİYYƏTDƏ YAŞAYAN AİLƏYLƏ GÖRÜŞDÜ

Millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev ağır sosial vəziyyətə olan ailələr haqqında kəskin etiraz bildirib. Belə ki, həmin ailələrdən birində olan deputat bu cür ağır durumda olan ailələrə təcili yardım göstərilməli oldğunu vurğulayıb.
O, bu barədə feysbuk sosiaı şəbəkəsində aşağıdakıları qeyd edib:

“Ən ağır durumda olan, əslində yaşamaq uğrunda mübarizə aparan dörd ailəni ziyarət etdim və elə onların adından özüm danışdım. Bu məsələni ona görə ictimailəşdirirəm ki, yanaşma və vəzifə borcunu yerinə yetirmə məsuliyyəti dəyişsin. Əgər dövlətin sosial yardımı varsa, gərək ünvanına çatsın. Yoxsa, özlərinin də gündə yüz dəfə pozduqları qanunları əsas gətirib ailələrə imtina verməsinlər. Hərçənd ki, elə qanunlar da bu şəxslərin yanındadır.

Hətta məsuliyyətlə deyirəm ki, bu videosunu çəkdiyim və danışdığım ailələrə görə qanunları da pozmaq olar. Buna görə sizə söz gəlməz, hətta böyük “sağ ol” da deyərlər. Amma, yenə də deyirəm ki, heç bu ailələrə görə qanunları da pozmaq lazım deyil. Haqq etdikləri sosial yardımı verin.

Birinci ailə

Hüseynova Nərminə Qubad qızı. İmişli şəhərində yaşayır. Yalnız anası var, atası isə yoxdur, Nərmin bir yaş yarım olanda atıb gedib.14 yaşında, 8-ci sinifdə oxuyanda götürüb qaçıb uşaqlığını, həyatını, gələcəyini məhv ediblər. Zaqsı da olmayıb, yalnız kəbin. 12 yaşlı oğlu, 4 yaşlı bir qızı var. Aliment də almır. Əri də uzun illər həbsdə olub. 93-cü ildə valideynləri Füzilidən İmişliyə qaçqın gəlib, Nərminə də elə bir il sonra İmişlidə doğulub.

Dəfələrlə sosial yardıma müraciət edib. Nəticəsi olmayıb və bu nıticəsizliyi ciddi qanun pozuntusu hesab edirəm. Belə çıxır ki, yaman gündə yaşayan bir ailəyə kömək etmək üçün səy göstərməyiblər. Gəlib “qaloçka” qoyub gediblər.

Əhalinin əmək və sosial müdafiəsi nazirliyinə müraciət edirəm. Videoya baxın, yazdıqlarımı oxuyun və ailənin haqqını verin. Əslində isə sizlər özünüz bu ailələri tapıb kömək etməlisiniz. Onların müraciətini gözləməli deyilsiniz.

Qeyd edim ki, mən ailəyə gücüm çatan qədər kömək etdim.”

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button