Cəmiyyət

TRT-nin nümayəndə heyəti yenidən AzTV-də

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Türkiyə və Radio Televiziya Qurumu ilə əməkdaşlığı davam edir.

Əməkdaşlıq çərçivəsində TRT-nin nümayəndə heyəti növbəti dəfə QSC-yə gəlib. Mütəxəssislər yaxın 1 həftə ərzində QSC əməkdaşları üçün təlimlər keçəcək və təcrübə mübadiləsi aparacaqlar.

Məlumat üçün bildirək ki, sözügedən nümyəndə heyəti bundan əvvəl AzTV-də 2 həftəlik təlimlərə cəlb edilmişdilər. Onlar həm təcrübə mübadiləsi aparıb, həm də TV əməkdaşlarına təlimlər keçiblər. Daha sonra isə QSC-nin 6 əməkdaşı TRT-yə təcrübə mübadiləsinə göndərilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button