Cəmiyyət

“Narkomaniyaya qarşı mübarizə cəmiyyətin tələbidir” – LAYİHƏ

Demokratiya və İnsan Hüquqları Komitəsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkomaniyaya qarşı mübarizə cəmiyyətin tələbidir” adlı maarifləndirici tədbirlərin təşkili layihəsini həyata keçirir.

Təşkilatdan Analoq.az-verilən məlumata görə, bununla bağlı 3 ay ərzində Balakən, Zaqatala və Qax rayonlarında 3 tədbir təşkil olunacaq.

Layihənin məqsədi narkotik vasitələrin orqanizmə təsirləri, narkomanya asılılığı və narkomaniyaya qarşı mübarizənin aparılması yolları haqda məlumatların verilməsi, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin qanunda necə tənzimlənməsi və reallıqda necə həyata keçirilməsi ilə bağlı məlumatların verilməsi, narkomaniyanınn qlobal problem kimi qarşısının alınmasında cəmiyət və hüquq-mühafizə orqanlarının həmrəyliyinə nail olmaqdır.

Tədbirlərdə hüquq-mühafizə orqanlarının, narkotiklərlə mübarizə idarəsinin əməkdaşları və tədbirlərin keçirildiyi rayonun icra hakimiyyətinin nümayəndələri, rayon gənclər mərkəzinin, məktəb valideyn komitələrinin, bələdiyyə, QHT, KİV nümayəndələrinin və gənclərin iştirakı nəzərdə tutulur.

Lyihənin həyata keçirilməsi gənclərin narkomaniya ilə mübarizədə ictimai fəallığının artmasına, cəmiyyətin diqqətini narkomaniya ilə mübarizəyə yönəldəcək.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button