Cəmiyyət

Qız uşaqlarının təhsil haqqını dövlət ödəməlidir – Razi Nurullayev yüksək bal yığan tələbələrlə görüşdü

Milli Cəbhə Partiyası – MCP sədri, deputat Razi Nurullayev İmişli sakinləri, 600-dən yüksək bal yığan tələbələrlə görüş keçirib.

Tədbirdə İmişli icra hakimiyyətinin nümayəndəsi Rüfət Muradov, Milli Cəbhə Partiyasının nümayəndələri də iştirak ediblər.

Tələbələr qarşısında çıxş edən Razi Nurullayev gəncləri təbrik edərək, İmişli deputatı kimi onlarla qürur duyduğunu bildirib. Yüksək bal yığan tələbələr arasında 6 xanımın olmasına xüsusi sevindiyini deyən deputat vurğulayıb ki, bu, İmişli üçün böyük göstəricidir:

“Aran rayonlarında qız uşaqlarının təhsil almasıyla bağlı problemlər var. Mən özüm Xəlfəli kəndində böyümüşəm, oxumuşam, orda 6-7-ci sinifdən sonra qız uşaqlarını məktəbə buraxmırdılar. Bu gün bizim rayonda bu sahədə inkişafın getməsi məni sevindirir. Mən hesab edirəm ki, Azərbaycanda qız uşaqlarının təhsilinə daha böyük qayğı lazımdır. Mən parlamentdə də bir təklif verdim ki, qız uşaqları əgər ali məktəbə daxil olursa, onların təhsil haqqı mütləq şəkildə dövlət tərəfindən ödənilməlidir”.

MCP sədri vurğulayıb ki, Azərbaycanda qız uşaqlarının 100% təhsilinə nail olmalıyıq:

“Çünki Azərbaycanda uşaqların yetişdirilməsində, tərbiyəsində qadınlar mühüm rol oynayır, deyə bildirib. Qız uşaqlarının təhsilli olması Azərbaycanın inkişafı, Azərbaycanda sağlam ailələrin olması deməkdir. Mən bu təklifi biir daha səsləndirəcəm, bunun üzərində ciddi işləyirəm”.

Deputat sonda tələbələrə bir daha təşəkkür edərək, onların İimişli üçün gözəl nümunə yaratdıqlarını vurğulayıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button