AktualBannerCəmiyyət

Bakıxanov qəsəbəsində evləri sökülən sakinlər etiraz edir – Foto + video

Bakıxanov qəsəbəsində yaşayan sakinlər Yint-ə müraciət edərək bildiriblər ki, zəhmətlə alıb yaşadığımız evlər əlimizdən alınaraq sökülür və doğru düzgün məlumat olmadan bizi çölə tökürlər. Bununla bağlı hara, kimə, hansı aidiyyatı qurumlara müraciə edəcəyimizi bilmirik ona görə də sizdən xahiş edirik ki, bizim səsimizi aidiyyatı orqanlara işıqlandıraraq çatdırasınız.

Dərhal bununla bağlı həmin ərazidə olduq və baxış keçirdən zaman bizə məlum oldu ki, ” EES CONSTRUCTİON “MMC-NİN direktoru Soltanov Elmir Eldar oğlu tərəfindən Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri ünvanında inşa olunan 8 mərtəbəli yaşayış binasından hər birinə ayrı- ayrılıqda 67, 63, 67, 60, 123 və sayir kvadrat metrlər olmaqla təxmini hər mərtəbəsi 200 kv metr ümumilikdə 1600 kv metr sahəsi olan evlər 19 ailəyə satılmışdır. Hər bir ev alan sakinə tam pulları ödəməklə müqavilə və mailiyyə arayışı verilmişdir. Hətda bir neçə ev sahibinə DƏMK-ən Çıxarışlar verilmişdir. Sakinlər öz hesablarına evləri təmir etdirmiş və bir çoxu evlərə köçərək yaşamışdır ki bir müddət sonra İcra hakimiyyəti tərəfindən evlərin sökülmə tapşırığı verilmiş və KTİ-nin işçiləri tərəfindən yaşayış olmayan evlərin sakinlərinə xəbər verilmədən təmirli olmasına baxmayaraq sökmüşlər. Bunu görən binada yaşayan sakinlər də təşviş içində qalaraq evlərini boşaltmağa məcbur olmuşlar. Həttda bir neçə ailə səsküy etsədə onlara aylıq kirayə haqqı ödəyərək evlə təmin olunacaqlarını deyib aldatmışlar.

Belə görünür ki, vətəndaşların hüquqları pozulmuş və çıxılmaz vəziyyətdə qalmışlar.

Bununla bağlı Yint.az xəbər olaraq aidiyyatı orqanlara üzümüzü tutaraq bizə müraciət edən vətəndaşlarımızın hüqqlarının pozulmaması ilə əlaqədər araşdırma aparmalarını xahiş edirik.

Yint-in araşdırması davam edr və qarşı tərəfin də açıqlamasını paylaşmağa hazırıq.yint.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button