İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.”Report” Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançılarımız 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.

Yarışın ikinci günündə Süleyman Şükürov (81 kq) gümüş medal qazanıb, Qədir Hüseynov isə 7-ci yerə çıxıb. Əjdər Bağırov (100 kq) qızıl, Nihad Şıxəlizadə (100 kq) bürünc medala sahib olub. Ramazan Əhmədov (+100 kq) isə bürünc mükafat əldə edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button