Emin Əmrullayevin vətəndaş qəbulunun vaxtı dəyişdirildi
Elm və təhsil naziri Emin Əmrullayevin martın 15-də Abşeron rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.Nazirlikdən Modern.az-a bildirilib ki, qəbul martın 14-də keçiriləcək. Qəbulda Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayon sakinlərinin iştirakı nəzərdə tutulub.
Adları çəkilən şəhər və rayonların sakinləri martın 11-i saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının “edu.gov.az/az/contact_us” bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.
Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.
Analoq.az