Cəmiyyət

“Azərbaycan xalqı müzəffər Ali Baş Komandanın ətrafında daha da sıx birləşərək vətənin müdafiəsinə hazırdır” – MƏFTUN QULUZADƏ

27 sentyabr Vətən müharibəsinin ikinci ildönümü və şəhidlərin Anım günü ilə bağlı respublikamızda kütləvi tədbirlər keçirildi. Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi və kollektivi ikinci şəhidlər xiyabanını ziyarət ediblər. Bu barədə Analoq.az – Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Məftun Quluzadə məlumat verib.

O , qeyd edib ki , şəhidlərin ruhu və əziz xatirəsi daim Azərbaycan xalqının qəlbində yaşayacaq, yaşadılacaq : ” Bu gün Azərbaycan xalqı müzəffər Ali Baş Komandanın ətrafında daha da sıx birləşərək vətənin müdafiəsinə hazırdır. Xüsusilə Azərbaycan gəncliyi vətənpərvərlik , dövlətçilik ruhunda cəmləşərək ölkəmizə yarana biləcək istənilən təhlükə qarşısında sinə gərməyə hazırdır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button