Cəmiyyət

Baləkəndə narkomaniyaya qarşı mübarizə müzakirə olunub – FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə Demokratiya və İnsan Hüquqları Komitəsi İctimai Birliyi “Narkomaniyaya qarşı mübarizə cəmiyyətin tələbidir” adlı maarifləndirici tədbirlərin təşkili layihəsinin növbəti tədbirini Baləkən rayonunda həyata keçirib. Analoq.az xəbər verir ki, tədbirdə Balakən RİH nümayəndəsi Fariz Məmmədov , Baləkən rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsi Sahil Bayramov, Balakən Gənclər Evinin metodisti Fuad Mikayılov və ümumilikdə 28 nəfər iştirak edib.

Tədbir şəhidlərimizin xatirəsinə 1 dəqiqəlik sükutla başlayıb. Həkim narkoloq Ayxan Bağırov narkomaniyanın fəsadları və müalicəsi haqda geniş məlumat verib. Mütəxəssis iştirakçılarla maraqlı müzakirə aparıb, onları maraqlandıran suallara cavab verib.

RPŞ-nin nümayəndəsi S.Bayramov “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun rayonda icrası ilə bağlı iştirakçıları məlumatlandırıb. Natiq gənclərə, xüsusən gənc xanım iştirakçılara lazımlı tövsiyyələr verib, eyni zamanda hüquq mühafizə orqanları ilə ictimayyətin əməkdaşlığının perspektivindən danışıb və gənclərə tövsiyyələrini verib. Gənclər evinin metodisti Fuad Mikayılov da mövzu ilə bağlı fikirlərini bildirib, tövsiyyələrini verib.

Təlimçi N.Qəniyeva iştirakçıları “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununu ilə tanış edib.

Tədbir mövzu ətrafında maraqlı müzakirələrlə başa çatıb.

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button