Cəmiyyət

İctimai iştirakçılıqla bağlı 3 rayonda layihə başlayır

“Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İctimai iştirakçılıq və ictimai nəzarət mexanizmlərinin həyata keçirilməsinin aktuallığı və təkmilləşdirilməsinə dair Balakən, Şəki və Zaqatala rayonlarında tədbirlərin təşkili” adlı layihə həyata keçirir.

Təşkilatdan TvPress internet qəzetinə verilən xəbərə görə, həmin rayonlarda 3 ay müddətində həyata keçiriləcək layihənin məqsədi “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunlarının müddəaları və əsas prinsipləri barədə yerlərdə əhalinin maarifləndirilməsi, həmin Qanunun təbliği, ictimai iştirakçılıq və ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi barədə layihənin nəticəsində təkliflərin verilməsidir.

Layihə çərçivəsində keçiriləcək tədbirlər 2 istiqamətdə olacaq. Birinci hissə iştirakçıların “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu, onun işləmə mexanizmləri, praktiki məsələlər,işləmə mexanizmində üzləşilən çətinliklər barədə, ikinci hissə isə dialoq platforması formatında keçiriləcək.

Birlikdən qəzetimizə bildirildiyinə görə, layihə ictimai fəallığın və ictimai nəzarətin artırılmasına yönələn “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununu təbliğ edəcək. Vətəndaşlar qanunun müddəaları və əsas prinsipləri barədə, işləmə mexanizmi və nəzərdə tutulan məsuliyyətlər barədə maariflənəcək, təkmilləşdirilməsi ilə bağlı təklifləri irəli sürə biləcək.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button