Elm və təhsilManşet

162 nömrəli məktəbdə Zəfər günü münsibətilə təntənəli tədbir keçirilib – FOTOLAR+VİDEO

Bu gün Bakının Səbail rayonunda yerləşən Etibar Əliyev adına 162 saylı orta məktəbdə Zəfər günü ilə bağlı təntənəli tədbir keçirilib. Tədbirdə Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Həşimova, Səbail rayonunun deputatı Nigar Arpadarai, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Aztv -nin əməkdaşları Ətaya Ələmdarqızı, Savalan Talıblı, şəhid və qazi ailələri də iştirak edib.

Tədbirdə məktəbin direktoru Arzu Nəzərova tədbir iştirakçılarını salamlayaraq ölkəmizin igid oğullarının şücaətindən, Ali Baş Komandanın başçılığı ilə qəhrəmancasına döyüşərək öz qanları bahasına bu qələbəni bizə qazandıran cəsur şəxsiyyətlərimizdən söhbət açıb.

Tədbirdə çıxış edən qonaqlar Zəfər gününün mahiyyətindən danışaraq şagirdlərə maraqlı məqamları açıqlayıblar. Eyni zamanda, 1-ci sinif şagirdləri və digər şagirdlər vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər. Şəhidlərin xatirəsi böyük ehtiramla yad edilib, onların heç vaxt unudulmayacağı vurğulanıb.

1B sinif müəlliməsi Səbinə Rəşidova Analoq.az -a bildirib ki, vətənpərvərlik ruhunun aşılanması, torpaqlarımız uğrunda canından keçən şəhidlərimizi , sağlamlıqlarını itirən qazilərimizi təbliğ etmək , xüsusilə də birincicilərə öyrətmək vətəndaşlıq borcumuzdur.

Əvvəllər orta məktəblərimizdə və dərsliklərdə Qarabağın və digər rayonlarımızın işğal günləri, tarixləri qeyd edilirdi. Bu günləri hüzn günü olaraq yadda saxlayırdıq. Ancaq indi Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin başçılığı ilə həmin rayonların işğaldan azad edildiyi günləri və böyük, şanlı Zəfər Gününü təntənə ilə qeyd edirik. Bu, xalqımızın bütün təbəqədən olan insanlarını, habelə orta məktəb şagirdlərini də sevincə, şənliyə qərq edir, cəmiyyətdə ruh yüksəkliyi yaradır. Şagirdlərin vətənpərvər ruhda böyüdülməsi və tərbiyə edilməsində belə tədbirlər çox böyük rol oynayır.

Qeyd edək ki, 162 nömrəli orta məktəbin 4 məzunu 2-ci Qarabağ müharibəsində düşmənlə qəhrəmancasına dəyüşərək şəhid olub. Məktəbin həyətində onların xatirəsinə lövhə qoyulub, qarşısına gül-çiçək düzülüb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button