İdman

Qanalı futbolçu azarkeşləri üçün 2023 dönər payladı – VİDEO

Qana millisinin sabiq futbolçusu Kevin-Prins Boatenq Almaniya “Herta”sı ilə müqaviləsini uzatması münasibətilə qeyri-adi addım atıb.

35 yaşlı yarımmüdafiəçi Berlin komandasının azarkeşləri üçün 2023 ədəd dönər kababı sifariş edib.

Kabablar “Herta”nın yeni mövsümdəki ilk oyunundan bir gün əvvəl paylanacaq. Paytaxt təmsilçisi iyulun 31-də “Ayntraxt”la qarşılaşacaq.

Qeyd edək ki, Kevin-Prins Boatenq “Herta” ilə 30 iyun 2023-cü ilədək müqavilə bağlayıb. Boatenq ötən mövsüm 20 oyuna çıxsa da, məhsuldarlığı ilə fərqlənə bilməyib/report

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button