Müharibə

Dünyanın ən yaxşı ukraynalı hərbi pilotu döyüşlərdə həlak olub

Ukraynanın və dünyanın ən yaxşı hərbi pilotlarından biri hesab olunan polkovnik Oleksandr Oksançenko hava döyüşlərində həlak olub. APA-nın “RBK-Ukraina”ya istinadən xəbərinə görə, o, Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə ölümündən sonra Ukraynanın Qəhrəmanı tituluna layiq görülüb.

Ukrayna Silahlı Qüvvələrinin “Telegram” kanalında bildirilib ki, pilot Rusiya təyyarələrini yayındırarkən vurulub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button