CəmiyyətElm və təhsil

“Heydər Əliyev -100 ” 162 saylı orta məktəbdə tədbir keçirildi – FOTOLAR

Ölkə başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Heydər Əliyev ili” çərçivəsində Səbail rayonunda yerləşən Etibar Əliyev adına 162 saylı orta məktəbdə şagird-müəllim kollektivinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr edilmiş tədbir keçirilib. Tədbir iştirakçıları olan məktəblilər əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra dövlət himni səsləndirilib.Tədbir məktəblilərin bir-birindən maraqlı çıxışları, şeir və rəqs nümunələri ilə davam edib.

Heydər Əliyevin zəngin həyat yolu və siyasi fəaliyyəti ilə bağlı məktəb müəllimlərinin etdiyi çıxışlar da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Çıxış edənlər arasında məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nərgiz Ələkbərova , və məktəbin 1 -b sinif rəhbəri Səbinə Rəşidova da ümummili liderin həyat yolu və siyasi fəaliyyətindən şagirdləri məlumatlandlrıb.




Tədbirin sonunda çıxış edən 162 saylı məktəbin direktoru Arzu Nəzərova ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, xilaskarlıq missiyasından bəhs edərək ulu öndərin irsinin xalqımızın qəlbində əbədi yaşayacağını və onun hər zaman dahi şəxsiyyət kimi xatırlanacağını qeyd edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 3]

Back to top button