Cəmiyyət

Rusiyalı qadın Hollandiyadan İspaniyaya biletsiz uçub

Rusiya vətəndaşı olduğu bildirilən qadın, Hollandiyanın Rotterdam Haaqa hava limanında təhlükəsizlik qruplarından yan keçərək İspaniyanın Malaga şəhərinə uçmağa müvəffəq olub.525.az xəbər verir ki, hadisə bazar ertəsi günorta saatlarında baş verib. Rotterdam Haaqa Hava Limanında təhlükəsizlik yoxlaması üçün növbəyə duran qadın sərnişin çantasını nəzarət cihazına qoyduqdan sonra təcili yardım düyməsini basıb. Siqnalın səsi ilə hər şey dayanıb və hava limanında çaxnaşma yaranıb. Bundan istifadə edən sərnişin çantasını götürərək biletsiz bir şəkildə İspaniyanın Malaqa şəhərinə getməyə hazırlaşan Transavia Hava Yollarına məxsus təyyarəyə minməyi bacarıb.

Hadisədən sonra hava limanı rəsmiləri təhlükəsizlik kameralarını araşdırarkən fövqəladə həyəcan siqnalı zamanı qadın sərnişinin təhlükəsizlikdən yan keçərək ən yaxın təyyarəyə mindiyi müəyyən edilib.

Hava limanının təhlükəsizlik xidməti eyni saatda Malaqa və Portuqaliyanın Faro şəhərlərinə uçan təyyarələrin pilotlarına qaçaq sərnişinlə bağlı xəbərdarlıq edib.

Portuqaliyaya uçan təyyarə Fransanın Bordo hava limanında, Malaqa təyyarəsi isə İspaniyanın paytaxtı Madriddə təcili eniş edib. Qaçan şəxsin Malaqa reysində olduğu təsdiqləndikdən sonra Faroya gedən təyyarə yoluna davam edib.

İspaniya polisi rusiyalı sərnişini Madrid hava limanında təyyarədən endirərək saxlayıb. Təyyarənin baqaj yerlərində də geniş axtarış aparılıb. Bildirilib ki, qadın sərnişin insan qaçaqmalçılığı ilə bağlı səfirlə danışmaq istədiyini deyərək, təyyarədə qəribə davranışlar sərgiləyib.

Qaçaq sərnişin İspaniya polisi tərəfindən saxlanılıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button