Cəmiyyət

Azərbaycanda “Media haqqında” qanun layihəsi hazırlanıb

“Azərbaycanda “Media haqqında” qanun layihəsi hazırlanıb”.Analoq.az-ın məlumatına görə, bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, türk dünyası media sahəsində əməkdaşlığı davam etdirəcək.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button