Cəmiyyət

“Gedin öz problemlərinizlə məşğul olun”- Tural Qoca

Bir neçə gündür, İsrail ilə Fələstin arasında yaranan münaqişə səbəbindən sosial şəbəkələrdə Azərbaycan vətəndaşları arasında qızğın mübahisələr gedir. Bir qrup insanlar Fələstinin tərəfini saxlayır, bir qrup insan İsrailin tərəfini saxlayır və müzakirələr bir-birlərini təhqir etməklə sonlanır.

Mənə maraqlıdır, Azərbaycanın 44 günlük haqq savaşında və 20 sentyabr 2023-cü il tarixində həyata keçirilən 23 saatlıq antiterror əməliyyatında Fələstin və digər ərəb ölkələrinin vətəndaşları sosial şəbəkələrdə bu savaşa görə belə müzakirələr apardılar? Gəncəyə, Bərdəyə və digər şəhərlərimizə düşmənin atdığı raketlər səbəbindən həlak olan günahsız dinc sakinlərimizə, dinc sakinlər içərisində həyatları yarım qalan körpə balalarımıza görə fələstinlilər narahatlıq keçirdilər? Buna görə vətəndaşlar arasında fikir ayrılığı oldumu? Bir qrup insan dedimi ki, Azərbaycanlılar müsəlmandırlar, onlara dəstək verək? Və bu fikir ayrılığı səbəbindən bir-birlərini təhqir etdilərmi?

Təbii ki, xeyr! İnanın mənə, hec veclərinə olmadı, amma müharibə dövründə əvvəldən sona qədər hər sahədə Türkiyə və İsrail öz dəstəklərini Azərbaycandan əsirgəmədilər. Buradan sosial şəbəkələrdə başqa dövlətlərin arasında yaranan münaqişələrə görə müzakirələr aparıb bir-birlərini təhqir edən vətəndaşlarımıza səslənirəm: Siz nə NATO-sunuz, nə BMT, nə də hansısa dövlətin məsələsini həll edə biləcək gücə sahib qüvvə. Sizin sözünüzü eşidən yoxdur. Əminəm ki, bəzilərinizin banklara borcunuz var, bəziləriniz heç işləməyə iş tapmırsınız. Bikarçılıqdan bilmirsiniz ki, nə edəsiniz. Öz balaca problemlərinizi həll edə bilməyib, onları kənara atıb başqa dövlətlərin böyük problemlərini həll etməyə çalışırsınız. Yalandan bir-birinizlə mübahisə edib bir-birinizi təhqir etməyin! Belə məsələlər siayasətçilərin, böyük adamların işidir. Siz gedin öz problemlərinizlə məşğul olun.

Tural Qoca
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 3 Ortalama: 4]

Back to top button