Mədəniyyət

Almaxanım Əhmədlinin ” Azərbaycanım” adlı diski işıq üzü gördü

AZTV- nin və Beynəlxalq Muğam Mərkəzinin solisti, gənc istedadlı xanəndə Almaxanım Əhmədlinin ” Azərbaycanım” adlı diski bu gün işıq üzü görüb.2014 – cü ildə xanəndənin ilk diski ” Qarabag” adlanırdı.

Altı ildən sonra şükür Qarabağımıza qovuşuruq.İkinci diski olan bu topludakı mahnıların musiqisi Rauf Məmmədovun, Şəbnəm Tofiqqızının və Zamiq Əliyevin, sözləri Tağı Sadiqindir.

Diskə ad seçilən ” Azərbaycanım” nəğməsində vətənimizin tarixi keçmisi, gözəllikləri və Ali Baş Komandanımız İlham Heydər oğlunun dövlətimiz üçün gördüyü işlərdən bədii-poetik səkildə bəhs olunur.Kütləvi tirajla dinləyicilərin ixtiyarına verilən kompakt- disk ” DJ Ramin” studiyasında istehsal olunub.

İnanırıq ki, şöhrəti ölkəmizin hüdudlarını aşan gənc xanəndənin bu musiqi albomu dinləyicilərin zövqünü oxşayacaq.Tezliklə Almaxanııma Şuşada ” Qarabağ şikəstəsi” oxumağı arzulayır və albomuna mübarək deyirik.

Murad Laçınlı
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button