Maraqlı

Bakıda ilk konka 1889-cu ildə işə salınıb

Bütün istiqamətlərdə gediş haqqı 5 qəpik idi

XIX əsrin sonlarında Bakıda sərnişin daşımaq üçün relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsindən – Konkadan istifadə olunurdu. Bakıda ilk konka 1889-cu ildə işə salınıb. Yolun vəziyyətindən və yükün ağırlığından fərqli olaraq, konkaya bir, iki və daha çox at qoşulurdu. Dayanacaqlarda konkanı saxlamaq üçün əl ilə idarə olunan əyləc mexanizimindən istifadə olunurdu.
? 1920-ci ilə yaxın konkanın 14.4 km yolu, 44 vaqonu var idi. Konka, əsasən, Bayıl – “20 Yanvar” (Şamaxinka), Vağzal – indiki Ağşəhər istiqamətində işləyirdi. Bütün istiqamətlərdə gediş haqqı 5 qəpik idi.

Səmayə Məmmədova

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button