BannerCəmiyyətRedaktor seçimi

“Psychotopia”nın təqdimatı keçirildi -FOTOLAR

Azərbaycanda ilk dəfə çap olunan müasir psixoloji jurnal “Psychotopia”nın təqdimatı keçirildi.

Təqdimatın təşkilatçıları jurnalın məxsus olduğu Psychological Wellness Clinic və “İdiot” nəşriyyat evi idi. Təqdimat qonaqların qarşılanması ilə başlayıb, həmtəsisçilər Nərmin İsazadə və Nərmin Quliyevanın nitqi ilə davam etdi. Tədbirin açılış nitqinə “İdiot” nəşriyyat evinin rəhbəri Ülvi Ağa başladı.

Daha sonra jurnalın Azərbaycanda olan yeganə həmmüəllifi, psixoloq Rüstəm Kərimov jurnalın hazırlanma prosesi ilə auditoriyanı məlumatlandırdı və kontent haqqında danışdı. Növbəti nitqi yazıçı, pedaqoq Reyhan Yusifqızı səsləndirdi, “Psychotopia” haqqında öz təəssüratlarını bölüşdü. Tədbirin ikinci hissəsində qonaqlara söz verildi.

Psixoterapevt Kənan Rəhimov, klinik psixoloq Samirə Rəhimova, psixiatr Orxan Fərəcli, klinik psixoloq Ceyran Həsənli, Bakı Slavyan Universitetinin dosenti, psixoloq Gülnarə Həsənova, psixoloq Xəyalə Zalıyeva, psixoloq Lalə Əhmədova, Harmoniya Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Aygün Ağabalayeva həm klinika, həm də jurnalla bağlı öz fikirlərini bölüşdülər.
Tədbir, təqdimat tortunun kəsilməsi, jurnalların imzalanması və xatirə şəklinin çəkilməsi ilə yekunlaşdı.

Dəvətimizi qəbul edib iştirak edən, iştirak edə bilməyən, dəstəyini əsirgəməyən və uğurlarımızı bizimlə bölüşən hər kəsə PWC komandası adından sonsuz təşəkkür edirik.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 4.5]

Back to top button