Elm və təhsil

162 saylı orta məktəbdə “Son zəng ” keçirildi

İyunun 14-də Səbail rayonunda yerləşən Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbdə “Son Zəng” tədbiri keçirilib.Dövlət Himninin möhtəşəm sədaları ilə açıq elan edilən tədbirdə müəllimlər, məzunlar, şəhid anaları , və Səbail rayon icra hakimiyyətinin əməkdaşı da iştirak edib.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri məktəbin direktoru Arzu Nəzərova rəsmi açıq elan edərək, sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar diləyib. Arzu Nəzərova çıxışında Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə kollektiv adından dövlətimizin başçısına minnətdarlığını bildirib, məzunlara uğurlar arzulayıb. Direktor həmçinin məktəb kollektivinin və şagirdlərin qazandıqları uğurları da qeyd edib.

162 saylı məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Nərgiz Ələkbərova çıxışında qeyd edib ki , bu gün Azərbaycan gənclərinin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil almaları üçün hər cür şərait yaradılıb. Sizləri də o gənclər siyahısında görmək istəyirik.

Tədbirdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib.Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər və müəllimlər Fəxri fərman və diplomlarla təltif olunublar.

Tədbirin sonunda məktəbin son zəngi çalınıb,
simvolik “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olunub.Səmaya əlvan şarlar buraxılıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button